“İstefadan sonra Kuleba Ukraynanın Londondakı səfiri olmaq istəyirdi” – KİV


“Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba istefa verdikdən sonra Böyük Britaniyada səfir olmaq istəyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, XİN-in sabiq rəhbəri faktiki olaraq son iki ayda Nazirlər Kabinetində çalışmayıb. Bildirilir ki, Kuleba Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Londona səfir təyin olunmasını ona qarşı qeyri-dost addım kimi qəbul edib. Eyni zamanda, nəşrin mənbələri iddia edir ki, XİN-in keçmiş rəhbəri ölkənin Aİ və NATO yanında nümayəndəliyinin də fəaliyyət göstərdiyi Brüsseldə Ukrayna səfiri vəzifəsindən imtina edib.
Xatırladaq ki, sentyabrın 5-də Ali Rada Nazirlər Kabinetində böyük dəyişiklik zamanı Kulebanın istefasını təsdiqləyib. Nə Kuleba özü, nə də ölkə Prezidenti Volodimir Zelenski bu qərarın səbəblərini açıqlamayıblar. Sabiq Xarici İşlər Nazirliyinin rəhbəri nə Radanın müvafiq komitəsinin istefası müzakirə olunan iclasına, nə də parlamentin nazir vəzifəsindən istefası təsdiqlənən plenar iclasına gəlməyib. Bütün bunlar Kulebanın istefaya getmək istəmədiyi və bu qərarın arxasında prezident aparatının rəhbəri Andriy Yermakın ola biləcəyi ilə bağlı bir çox fərziyyələrə səbəb olub. Xüsusən də Britaniyanın “Financial Times” qəzetinin təqdim etdiyi digər versiyalara görə, XİN rəhbərinin işdən çıxarılmasına artıq bir ildən artıq hazırlıq gedirdi və o, öz vəzifəsini qoruyub saxlamağa çalışıb.
Kulebanın mümkün yeni təyinatları barədə hələ məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top