İran səfiri Livanda peycer partlayışında gözünü itirib?


İranın Beyrutdakı səfiri Moctaba Amani rabitə qurğusunun partlaması nəticəsində bir gözünü itirdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə axşamı “The New York Times” (NYT) qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun iki əməkdaşına istinadla məlumat yayıb.
Bildirilib ki, diplomat bir gözünü itirib, digərini isə ciddi zədələyib.
Mənbələr qeyd ediblər ki, alınan xəsarətlər İran rəsmilərinin ilkin məlumatlarında qeyd edildiyindən daha ciddidir.
Nəşrin həmsöhbətləri səfirin müalicə üçün Tehrana aparılacağını bildiriblər.
Daha sonra İranın Beyrutdakı səfirliyi siyasətçinin gözünü itirməsi ilə bağlı xəbərləri təkzib edib.
Qeyd edək ki, bundan əvvəl İRNA agentliyi İranın Beyrutdakı səfirinin yüngül xəsarətlər aldığını və onun həyatı üçün təhlükə olmadığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top