“Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərimizi açmalıyıq”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2-ci Ümumdünya Erməni Sammitində deyib.
“Düşünürəm ki, Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədini açmalıyıq”, - Paşinyan bildirib.
Paşinyan Türkiyədə Ermənistana münasibətdə dəyişikliklərə də diqqət çəkib və hər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların vacibliyini vurğulayıb. Hələlik əhəmiyyətli praktiki nəticələr əldə edilməsə də, baş nazir Ermənistanla Türkiyə arasında təmasların davam etməsini vacib saydığını bildirib.
Qeyd edək ki, 2021-ci ilin sonunda İrəvan və Ankara münasibətlərin normallaşması ilə bağlı danışıqlara başlayıb. 2022-ci ildə Vyanada üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinin mümkünlüyü və birbaşa hava nəqliyyatı ilə yük daşımalarının başlanması ilə bağlı razılıq əldə olunub, lakin məsələ həllini tapmayıb.