Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gözlənilməz səfərə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.
Bildirilir ki, Şoyqu İrana səfəri zamanı İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb və ona Rusiya lideri Vladimir Putinin mesajını çatdırıb.
Putinin mesajından əlavə, Şoyqu Pezeşkiana müəyyən əldə edilmiş razılaşmalar haqqında hesabat da təqdim edib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi iranlı həmkarı Əli Əhmədianla görüşüb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.