Hövsan qəsəbə sakinlərinin “28 May” metro stansiyası istiqamətində artan ictimai nəqliyyat tələbatını nəzərə alaraq, sentyabrın 18-dən 120E nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, avtobuslar Hövsan Yaşayış Kompleksinə (MİDA) daxil olmaqla hərəkət edəcək.