“Əl-Nəsr”in baş məşqçisi klubu tərk etdi


Luiş Kaştro “Əl-Nəsr”in baş məşqçisi postunu tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
““Əl-Nəsr”də hər kəs son 14 ayda göstərdikləri fədakar iş üçün Luiş və onun heyətinə təşəkkür edir. Sizə gələcəkdə uğurlar arzulayırıq!”, - məlumatda deyilir.
Qeyd edək ki, Kaştro ötən ilin iyulunda Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in rəhbəri olub. Onun rəhbərliyi altında Səudiyyə klubu 54 oyunda 36 qələbə qazanıb, 9 məğlubiyyətlə üzləşib.

DİGƏR XƏBƏRLƏR

Top