Aİ ölkələri 2022-ci ilin noyabr ayından ittifaq ölkələrinin ərazisində Ukrayna Silahlı Qüvvələrinin 60 minə yaxın hərbi qulluqçusuna təlim keçib.
Yeniavaz.com AK mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis məlumat yayıb.
“2022-ci ilin noyabrında Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası (EUMAM) fəaliyyətə başlayıb. Bu çərçivədə 60 min ukraynalı əsgər Aİ ərazisində təlim keçib”, - məlumatda bidirilib.
Məlumata görə, missiyanın yeni məqsədi qışın sonuna qədər daha 15 min Ukrayna hərbçisinə təlim keçmək olacaq. Bunun nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Aİ-də təlim keçmiş hərbçilərinin sayı 75 min nəfərə çatacaq.