Prezident icra başçılarının yerini dəyişdi


Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Gülabba oğlu Xəlilov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmov vəzifələrindən azad ediliblər.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı, Sevindik Hətəmov isə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top