Avropa Komissiyasının yeni tərkibi açıqlandı


Avropa İttifaqı (Aİ) növbəti beş il üçün Avropa Komissiyasının (AK) yeni tərkibini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bütün təyinatlar Avropa Parlamenti tərəfindən təsdiqlənsə, komissiya noyabrın 1-də işə başlamalıdır.
Gələcək Avropa komissarları arasında portfellərin bölüşdürülməsini AK prezidenti Ursula fon der Lyayen təqdim edib.
Yeni Avropa Komissiyasında hər Aİ ölkəsindən bir nümayəndə olmaqla 27 Avropa komissarı olacaq. Həmçinin, AK rəhbəri yeni vəzifələr, o cümlədən müdafiə və kosmos üzrə Avropa komissarı və Aİ-nin genişlənməsi, Ukraynanın yenidən qurulması üzrə Avropa komissarı vəzifələrini təyin edib.
KİV-də gedən məlumatlara görə, komissiyanın yeni tərkibində aşağıdaklar yer alacaq.
Estoniyanın keçmiş baş naziri Kaya Kallas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək. İspaniyalı Teresa Ribera Avropa Komissiyasının rəqabət məsələləri üzrə vitse-prezidenti olacaq. Marta Kos Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulması üzrə məsul Avropa komissarı vəzifəsini yerinə yetirəcək. Fransa nümayəndəsi Stefan Sejurneyə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan AK-nin vitse-prezidenti vəzifəsi veriləcək. İtaliyanı təmsil edən Raffaele Fitto AK-nin islahatlara cavabdeh olan sədr müavini vəzifəsini icra edəcək. Avstriya tərəfindən irəli sürülən maliyyə naziri Maqnus Brunner daxili işlər və miqrasiya üzrə Avropa komissarı vəzifəsini yerinə yetirəcək. Danimarkanın İnkişaf üzrə Əməkdaşlıq və Qlobal İqlim Siyasəti naziri Dan Yorgensen Avropanın enerji məsələləri üzrə komissarı olacaq. Avropa Parlamentinin litvalı üzvü Andrius Kubilius müdafiə və kosmos üzrə Avropa komissarı vəzifəsini tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top