
“Biz həmişə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller növbəti brifinqdə ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu ifadə edərkən deyib.
“Əlbəttə, biz həmişə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik”, - Miller bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin bağlanması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Vaşinqton onları istənilən yolla dəstəkləməkdə, o cümlədən faydalı olarsa, görüş təşkil etməkdə qərarlıdır.