Rusiyanın Amur vilayətində sentyabrın 16-da radardan itən “Robinson” helikopterinin qəzaya uğradığı məlum olub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, qəza nəticəsində bir pilot və iki sərnişin olmaqla 3 nəfər həlak olub.
İlkin məlumatlara görə, sentyabrın 16-da axşam Amur vilayətinin Zeya rayonunda “Robinson R66” təyyarəsindən fövqəladə radio-mayak siqnalı daxil olub. Helikopterin göyərtəsində bir pilot və iki sərnişin olub. İtmiş helikopterin axtarışına 20-yə yaxın canlı qüvvə və 7 texnika cəlb olunub.
Təyyarə “Xerqu” qızıl mədən şirkətinə məxsus olub.
Qəza yeri sentyabrın 17-də xilasedicilər tərəfindən aşkar edilib.
Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsi helikopterin yoxa çıxması ilə bağlı cinayət işi açıb.
Şərqi Sibir Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi üzrə yoxlama təşkil edib.