Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” zavodlarının bağlanması ilə əlaqədar 15 mindən çox işçisini işdən çıxara bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Jefferies” maliyyə şirkətinin analitiklərinin məlumatlarına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, “Volkswagen”ə təxminən 4,4 milyard dollara başa gələ bilər.
Agentlik əlavə edib ki, son vaxtlar “Volkswagen” Amerika şirkəti “Tesla” və bəzi Çin avtomobil istehsalçıları, o cümlədən BYD tərəfindən böyük rəqabətlə üzləşib.
Qeyd edək ki, bundan əvvəl də “Bloomberg” agentliyi “Volkswagen” və “Volvo” da daxil olmaqla, avropalı avtomobil istehsalçılarının elektrikli avtomobillərin istehsalında Amerika və Çin rəqiblərinə uduzmaq riski ilə üzləşdiklərini bildirmişdi.