
“Süd məhsulları, hinduşka əti və banan daha tez yuxuya getməyə kömək edir”.
Yeniavaz.com xəbər verir ki, bunu “Sputnik” radiosuna müsahibəsində diyetoloq Lyudmila Denisenko deyib.
Ekspertin fikrincə, triptofan amin turşusu yuxunu yaxşılaşdırmağa kömək edir:
“Hinduşka ətində və demək olar ki, bütün süd məhsullarında - qatıqda, süddə və xüsusilə pendirdə olur. Banan, qurudulmuş xurma və ya quru meyvələr və az miqdarda qoz-fındıq da yuxuya getməyinizə kömək edə bilər”.
O əlavə edib ki, bəzi içkilər, məsələn, çobanyastığı və digər bitki çayları yuxuya səbəb olur:
“Yağlar sinir sisteminə də rahatlaşdırıcı təsir göstərir. Küncüt yağının qoxusu rahatlamağa səbəb olur və yaxşı yuxuya kömək edir”.