
“İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etməyib”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian yerli və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.
“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən bəri heç bir silah ötürülməyib”, - prezident bildirib.
Prezident əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub:
“Rusiya niyə müharibəyə başladı? Avropalılardan soruşun. NATO öz sərhədlərini niyə genişləndirmək istəyir?”
Tətbiqimizi yükləyə bilərsiniz