Lukaşenko 37 nəfəri əfv edib


Milli Birlik Günü ərəfəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərə görə məhkum olunmuş 37 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Bu, dövlətin büdrəmişlərə qarşı növbəti humanizm jestidir”, - sənəddə deyilir.
Əfv olunanlar arasında 6 qadın, xroniki xəstəlikləri olan şəxslər, əlillər və pensiyaçılar da var.

DİGƏR XƏBƏRLƏR

Top