“Fransa Ermənistana 29 milyon avro ayıracaq”.
Yeniavaz.com “Aysor.am” portalına istinadla xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəsait Qarabağı könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.
“Biz Ermənistanla müdafiə sahəsində də əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə Fransa xarici işlər naziri əlavə edib.