
ABŞ Silahlı Qüvvələrinin Suriyadakı “Xarab əl-Cir” bazası raket hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Telekanal bu hücumda hansı tərəfin məsuliyyət daşıdığı barədə məlumat olmadığını bildirib. Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.
Qeyd edək ki, Qərb koalisiyasının dəstəyi ilə hazırda Suriyanın Haseke və Rakka əyalətlərinin əksəriyyətinə, həmçinin “Deyr əz-Zor” vilayətinin şimal-şərq rayonlarına kürd qüvvələri nəzarət edir.
Xatırladaq ki, 2015-ci ildən ABŞ bu regionda İŞİD (“İslam dövləti”) terror qruplaşmasına qarşı mübarizə üçün 12 hərbi baza yaradıb.
Tətbiqimizi yükləyə bilərsiniz