Amerika bukmeker kontorları ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampın həyatına ikinci sui-qəsd cəhdi qarşıdan gələn prezident seçkilərində onun qalib gəlmək şansını artırıb.
Yeniavaz.com "Polymarket" mərkəzləşdirilməmiş proqnozlaşdırma xidmtinə istinadla xəbər verir ki, hazırda Trampın prezidentlik yarışında qalib gəlmək şansı 50 faizə çatıb. ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harrisin şansı isə 49 faiz qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 15-də Donald Trampın Floridadakı qolf klubunda ABŞ prezidentliyinə namizəd sahədə oynayarkən atışma baş verib. O, atışma nəticəsində xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırmağa başlayıb. Aparılan əməliyyatlar nəticəsində şübhəli şəxs saxlanılıb. Amerika mediası onun Havay adalarından olan 58 yaşlı kişi olduğunu yazır. Hadisədən sonra Tramp qolf klubunun yaxınlığında yerləşən Mar-a-Laqodakı iqamətgahına qayıdıb.
Bu hadisə Pensilvaniyada Trampa ilk sui-qəsd cəhdindən iki ay sonra baş verib.