Ermənistanda ölkənin rəsmi olaraq Avropa İttifaqına (Aİ) üzv olması məsələsi ilə bağlı imzaların toplanmasına başlanılıb.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, sentyabrın 11-də Respublika Mərkəzi Seçki Komissiyası Ermənistanın Aİ-yə daxil olması haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifini təsdiqləyib.
Ölkədə imzaların toplanması 2024-cü il sentyabrın 16-dan noyabrın 14-dək aparılmalıdır.
Qanun layihəsinin baxılmağa təqdim edilməsi üçün Ermənistan vətəndaşlarının 50 min imzasını toplamaq lazımdır. Əgər bu mümkün olarsa, lakin parlament qanun layihəsini təsdiq etməzsə, o zaman təklifin referenduma çıxarılması üçün yenidən imza toplanması nəzərdə tutulur. Ancaq bunun üçün ən azı 300 min imza toplamaq lazım olacaq.