Almaniya “Siemens” şirkətinə “Akkuyu” AES-ə avadanlıq göndərməyə icazə vermir?


Almaniyanın “Siemens Energy” şirkəti Türkiyənin “Akkuyu” Atom Elektrik Stansisyasını (AES) zəruri avadanlıqla təchiz etmək üçün səlahiyyətli orqanlardan ixrac icazəsi ala bilmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Almaniyanın “Deutsche Welle” (DW) agentliyinə məlumat verib.
Qeyd edək ki, sentyabrın 11-də Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Ankara “Akkuyu” AES-in avadanlıq təchizatında yaranan problemlərə görə Almaniyanın “Siemens” şirkətinə qarşı tədbir görəcək.
Bildirilir ki, problemin iki ölkə rəhbərliyi səviyyəsində müzakirə olunmasına baxmayaraq həll olunmayıb.
“Siemens Energy” şirkətinin adını açıqlamayan nümayəndəsi isə hansı avadanlıqların tədarük ediləcəyi və Almaniya hakimiyyətinin ixraca icazə verməkdən imtina etməsi üçün hansı səbəbləri göstərdiyi sualına cavab verməkdən yayınıb.
“Biz bu suallara cavab verə bilmərik ki, elektrik stansiyası təhlükəsizlik baxımından mühüm infrastruktur obyekti olduğundan, biz təchizatçı olaraq hansı avadanlıqların gətirildiyi və nəyin çatışmadığı barədə məlumat paylaşa bilmirik”, - deyə şirkət nümayəndəsi bildirib.
Xatırladaq ki, “Akkuyu” AES Türkiyədə Rusiyanın “Rosatom” Dövlət Korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. “Akkuyu” layihəsinə Rusiya istehsalı olan VVER 3-cü nəsil reaktorları olan dörd enerji bloku daxildir və hər birinin gücü 1200 MVt təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top