Mariya Zaxarovanın üzərindəki qırmızı gülün mənası nədir? – Açıqlama


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın üzərindəki qırmızı gül şəklində aksessuar müzakirələrə səbəb olub.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, BRİKS media sammitində jurnalistlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə belə bir aksessuar seçilməsinin təsadüfi olub-olmadığını soruşublar. 
“Gizli mənalar axtarmağa ehtiyac yoxdur. Yalnız bir məna var - mənim fikrimcə, bu, sadəcə estetikadır”, - diplomat cavab verib.
O, həmçinin əlavə edib ki, bəzən milli rəmzləri əks etdirən aksesuarlardan istifadə edir, ancaq dövlət bayramlarına və ya mühüm tarixi hadisələrə həsr olunan tədbirlərdə iştirak etməli olduğu halda.
"Ancaq, əlbəttə ki, indi qırmızı, mənə elə gəlir ki, ən uyğun rəngdir ki, rəqiblərimiz qətiyyətli olduğumuzu başa düşsünlər", - deyə Zaxarova bildirib.

DİGƏR XƏBƏRLƏR

Top