
Türkiyənin Sakarya vilayətində partlayış meydana gəlib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, hadisə Hendek rayonundakı fabrikdə baş verib.
Makaron istehsalı sahəsində fəaliyyət göstərən fabrikdəki partlayışın səbəbi bəlli deyil. Partlayışın ardından istehsal müəssisəsində yanğın baş verib. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.
İlkin məlumata görə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz