
2023-cü ilin oktyabrında İsrail hərbçilərinin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 41,2 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat dərc edib.
Bildirilib ki, İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 min 206 nəfərə yüksəlib, daha 95 min 337 nəfər yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə 24 saat ərzində İsrailin endirdiyi zərbələr və bombardmanlar nəticəsində 24 fələstinli ölüb, 57 nəfər yaralanıb.