Həlak olan əsgərimizin fotosu


Odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun əsgəri Nurbala Bağırovun fotosu yayılıb.
Yeniavaz.com “"Unikal”a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.
Bildirilir ki, o, cari ilin iyul ayında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.
Hərbçimiz bu gün doğulduğu kənddə dəfn olunub.
Xatırladaq ki, daha öncə 
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə məlumat verilib. Araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top