14-cü əsrə aid əlyazma İncil 7 milyon dollara satıldı


14-cü əsrdə İspaniyada yazılmış əlyazma İncil Nyu Yorkdakı “Sotheby's” hərracında 6,9 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin saytında məlumat verilib.
Bildirilir ki, Ravvin Şem Tov ibn Qaon 800 səhifəlik İncili 1312-ci ildə Soria şəhərində tamamlayıb. Mütəxəssislər bunu “İncil və Kabbalistik elmin görkəmli əsəri və orta əsrlər Sefarad kitab sənəti ənənəsinin qiymətli sübutu” adlandırır.
Kitab zəngin şəkildə bəzədilib və dizaynı təkcə xristian deyil, həm də yəhudi və müsəlman bədii ənənələrini əks etdirir.

DİGƏR XƏBƏRLƏR

Top