
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoqu yenidən bərpa etmək lazımdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində deyib.
“Mən hələ də Rusiya ilə dialoqa inanıram. Biz məzmunlu dialoq üçün güclü olmalıyıq”, - Stoltenberq bildirib.
Eyni zamanda, o, etiraf etdi ki, indi bunun üçün daha az imkan var.
“2014-cü illə müqayisədə, demək olar ki, elə bir imkan yoxdur. Ancaq bir şey aydındır: Bu müharibəyə son qoymaq üçün müəyyən məqamda Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır. Ancaq bu, Ukraynanın gücünə əsaslanmalıdır”, - deyə alyansın baş katibi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz