
Cümə günü ticarət zamanı qızılın qiyməti bir unsiya üçün 2560 dolları ötüb və ABŞ dollarının zəifləməsi fonunda tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Trading Economics” portal məlumat yayıb.
Məlumata görə, “Comex” birjasında sentyabr ayı qızıl fyuçersləri əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0,4% artaraq bir unsiya üçün təxminən 2,568 dollara çatıb.
“Goldman Sachs Research” analitiklərinin proqnozlarına görə, qiymətli metalın qiyməti 2025-ci ilin əvvəlində ABŞ-də faizlərin aşağı düşməsi və inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının qızıla tələbatının artması ilə əlaqədar bir unsiya üçün qızılın qiyməti 2700 dollara qədər bahalaşa bilər.