
İsrail qüvvələrinin son iki gündə Qəzza zolağının müxtəlif hissələrini bombalaması və atəşə tutması nəticəsində 60-dan çox fələstinli həlak olub, 150-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.
Onun məlumatına görə, son 48 saat ərzində İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində 64 nəfər olub, 155 nəfər yaralanıb.
Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayının əvvəlindən bu günə qədər İsrail təcavüzü nəticəsində Qəzzada ölənlərin sayının 41 182, yaralananların sayının isə 95 280 nəfərə çatdığını bildirib.