Ukrayna 103 hərbi əsiri Rusiyaya qaytardı – Növbəti əsir mübadiləsi


Kursk vilayətində ukraynalılar tərəfindən əsir götürülən 103 hərbçi Rusiyaya qaytarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Belarus ərazisində baş tutub.
“Bu il sentyabrın 14-də danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 103 rusiyalı hərbçi Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsiri Ukraynaya təhvil verilib”, - nazirlikdən bildirilib.
“Hazırda bütün Rusiya hərbçiləri Belarus ərazisindədir, orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Eləcə də azad edilmiş bütün hərbi qulluqçular Rusiyaya aparılacaq və Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya keçəcəklər”, - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top