Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.
Yeniavaz.com xəbər verir ki, yürüşdə 10 komanda arasında ən yaxşı nəticəni “Mercedes”in britaniyalı pilotu Corc Rassell göstərib.
“Ferrari”nin monakolu sürücüsü Şarl Lekler ikinci, “MakLaren”in britaniyalı pilotu Lando Norris üçüncü olub.
Bu gün, həmçinin saat 14:15-də “Formula 2” üzrə sprint yarışı və saat 16:00-da “Formula 1” üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, dünən keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə Şarl Lekler finişə birinci çatıb.
Xatırladaq ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.