Amerikalı seçicilər arasında Trampa dəstək səviyyəsi 1 faiz artdı


Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa ölkədə ən yüksək dövlət vəzifəsi uğrunda mübarizədə dəstək səviyyəsi 1 faiz bəndi artıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Amerikanın “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edib.
Bildirilir ki, respondentlərin 49%-i noyabrda keçiriləcək prezident seçkilərində Trampı dəstəkləməyə hazırdır, 47%-i isə ABŞ-nin vitse-prezidenti Kamala Harrisə üstünlük verir. Eyni zamanda respondentlərin 1%-i başqa namizədə səs verəcəklərini bildiriblər. Sorğu iştirakçılarının daha 2%-i cavabda qərarsız qalıb.
Sorğu 5 və 8-11 sentyabr tarixlərində onlayn və telefon vasitəsilə aparılıb. Orada 2,4 minə yaxın potensial amerikalı seçici iştirak edib. Səhv faizi 3 olub.
Qeyd edək ki, “Rasmussen Reports”un 25-28 avqust tarixləri arasında keçirdiyi sorğuya görə, Trampı 48%, Harrisi isə 46% dəstəkləyib.

DİGƏR XƏBƏRLƏR

Top