“Tramp və Harris həyata qarşıdır” – Fransisk


“ABŞ prezidentliyinə namizədlərin hər ikisi – Donald Tramp və Kamala Harris həyata qarşıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Roma Papası Fransisk Sinqapurdan Cənub-Şərqi Asiya və Okeaniya ölkələrinə apostol səfərini başa vuran təyyarənin göyərtəsində mətbuat konfransı zamanı bildirib.
“Hər ikisi həyata qarşıdır: miqrantları qovan da, uşaqları öldürən də”, - Fransisk deyib.
ANSA-nın məlumatına görə, 87 yaşlı papadan biri abort tərəfdarı, digəri isə miqrantları deportasiya edən namizədlər arasında seçim edərkən katolik seçiciyə hansı məsləhəti verəcəyi soruşulub:
“Miqrantları qovmaq, onlara daha yaxşı həyat verməmək, inkişaf etməmək pis bir şeydir, uşağı ana bətnindən atmaq pis bir şeydir, bunu başa düşmək lazımdır. Müasir siyasətdə deyirlər ki, səs verməmək düzgün deyil və əgər səs verirsənsə, onda daha az pis olanı seçmək lazımdır: onlardan hansını [Donald Tramp və Kamala Harris] - hər kəs öz vicdanına uyğun seçməlidir".

DİGƏR XƏBƏRLƏR

Top