
Azərbaycanda əhalinin sayı bu ilin əvvəlindən 23 min 477 nəfər və ya 0,2% artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 milyon 204 min 247 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin 54,5%-ini şəhər, 45,5%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edib.
Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58 min 401 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11-dan 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2%, qız uşaqlarının xüsusi çəkisi isə 46,8% olub.
Körpələrdən 1 928-i əkiz, 84-ü üçəm və 4-ü isə dördəm doğulub. 2024-cü ilin yanvar-iyul aylarında ölkədə 35 min 289 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6-dan 5,9-a düşüb.
Elnur Əli