
Jurnalist İradə Zeynalova Rusiyanın Mavriki Respublikasına səfiri təyin edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
“İradə Avtandilovna Zeynalova Rusiyanın Mavrikiy Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sərəncamda qeyd olunub.
Dövlət başçısı digər sərəncamla hazırkı səfir Konstantin Klimovskini tutduğu vəzifədən azad edib.
Qeyd edək ki, Zeynalova 1995-ci ildə Moskva Aviasiya Texnologiyaları İnstitutunu bitirib, 1997-ci ildə televiziyada fəaliyyətə başlayıb. Jurnalist RTR-də (indiki “Rossiya-1”) “Vesti” proqramının redaktoru olub, 2000-2003-cü illərdə isə bu proqramın və onun son buraxılışı olan “Vesti Nedeli”nin müxbiri işləyib. 2003-cü ildə Birinci Kanala keçıb, burada 2016-cı ilə qədər işləyib. Müxtəlif illərdə kanalın Böyük Britaniya və İsraildəki bürosuna rəhbərlik edib və 2012-ci ildən “Vremya” proqramının bazar buraxılışına ev sahibliyi edib. 2016-cı ildən NTV-də “İradə Zeynalova ilə həftənin yekunları” verilişinin aparıcısıdır.
