Starmer Baydenlə görüşəcək


Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Co Bayden Ukrayna və Qəzza zolağındakı münaqişələr kontekstində iki ölkənin strateji hədəflərini müzakirə etmək üçün cümə günü Vaşinqtonda görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dauninq-strit 10” ofisinin açıqlamasında məlumat verilib.
Məlumata görə, Ağ Evdəki görüşdə tərəflər Ukraynaya davamlı dəstəyin davam etdirilməsi, həmçinin atəşkəs sazişinin təcili zərurəti və Yaxın Şərqdə bütün girovların azad edilməsi də daxil olmaqla, geniş spektrli aktual beynəlxalq problemləri müzakirə edəcəklər.
Görüşdə strateji məsələlərlə yanaşı, hər iki münaqişənin uzunmüddətli həlli istiqamətində irəliləyişin necə əldə oluna biləcəyi müzakirə olunacaq.
Liderlərin həmçinin Ukraynanın Rusiyaya qarşı Qərbin “Storm Shadow” uzaqmənzilli silahlarından istifadə etməsinə icazə verilib-verilməməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.
“The Daily Telegraph” qəzetinin məlumatına görə, əgər tərəflər Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazə versələr, yəqin ki, sentyabrın sonunda BMT Baş Assambleyasında bunu elan edəcəklər.
Qeyd edək ki, bu, Kir Starmerin Vaşinqtona ikinci səfəridir. O, iyul ayında ümumi seçkilərdə qalib gəldikdən qısa müddət sonra NATO Sammitində iştirak etmək üçün ABŞ-a səfər etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top