
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo sosial mediada bir milyard abunəçi həddini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ronaldo “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Futbolçu “Instagram” və “Facebook”, “X”, “YouTube”, “Kuaishou” və “Weibo” sosial şəbəkələrinin istifadəçisidir.
"Biz tarix yaratdıq - 1 milyard abunəçi! Bu, təkcə bir rəqəm deyil, bu, bizim oyuna və onun hüdudlarından kənara olan ehtirasımızın, həvəsimizin və sevgimizin sübutudur. Madeyra küçələrindən tutmuş dünyanın ən böyük arenalarına qədər mən həmişə ailəm və sizin üçün oynadım. İndi bir milyardıq və biz bir yerdəyik, Mənə inandığınız üçün, dəstəyiniz üçün və həyatımın bir parçası olduğunuz üçün təşəkkür edirəm. Ən yaxşısı hələ qarşıdadır və biz birlikdə mübarizə aparmağa, qalib gəlməyə və tarix yazmağa davam edəcəyik”, - Ronaldo bildirib.
Qeyd edək ki, Ronaldonun 39 yaşı var, O, Çempionlar Liqasının, Avropa çempionatının və Millətlər Liqasının beşqat qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Ronaldo həmçinin rəsmi oyunlarda karyerasında 900 qol vuran ilk futbolçu olub. Digər tərəfdən, portuqaliyalı forvard 5 dəfə “Qızıl top”a sahib olub.