Yerdəki maqnit qasırğası G3 (güclü) səviyyəsinə yüksəlib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilir ki, geomaqnit vəziyyətində dəyişiklik Moskva vaxtı ilə saat 6:00 (Bakı vaxtı ilə 7:00) radələrində başlayıb. İkinci sıçrayış Moskva vaxtı ilə saat 12:00 (Bakı vaxtı ilə 13:00) radələrində baş verib və geomaqnit aktivliyin G1 səviyyəsinə qədər artmasına səbəb olub.
Daha sonra “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında yer üzündə maqnit qasırğasının G3 səviyyəsinə qədər gücləndiyini, bu da güclü maqnit qasırğasına uyğun olduğunu bildirib.