“ABŞ Ukraynaya yardımında düzəlişlər edəcək” – Blinken


“ABŞ Administrasiyası Ukraynaya verilən silahlarla bağlı mövqeyini düzəltmək niyyətindədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Varşavada Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında ABŞ dövlət katibi Antoni Blinken deyib.
Ondan Amerika silahlarının Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması perspektivlərini şərh etməsi xahiş olunub.
“Dünən biz ukraynalı həmkarlarımızla döyüş meydanındakı vəziyyəti necə gördükləri, ehtiyaclarının nədən ibarət olduğu barədə yaxşı və hərtərəfli müzakirələr apardıq. Dediyim kimi, biz onların ehtiyaclarını həmişə nəzərə alacağıq. Lazım gələrsə, düzəlişlər edəcəyik. Həm Amerika Birləşmiş Ştatları, həm də Ukraynanı dəstəkləyən bir qrup ölkə olaraq biz nə etdiyimizə, nə ilə təmin etdiyimizə düzəlişlər edəcəyik”, - Blinken deyib.

DİGƏR XƏBƏRLƏR

Top