“Qəzzada xəstəxanaların yalnız yarısı fəaliyyət göstərir” – ÜST


Qəzza zolağında mövcud olan 36 xəstəxanadan yalnız 17-si qismən fəaliyyət göstərir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında dərc edilmiş məlumatda bildirilib.
Məlumata görə, hətta ilkin tibbi yardım da anklavın müntəzəm atəşə tutulması nəticəsində əhali üçün çox vaxt əlçatmaz qalır.
Xüsusən də, Qəzzanın ən böyük reabilitasiya mərkəzlərindən biri olan və ÜST-nin dəstəyi ilə fəaliyyət göstərən “Nasser Medical Complex” xəstəxanası dərman və kadr çatışmazlığı ilə əlaqədar ötən ilin dekabrında fəaliyyətini dayandırıb və fevral ayında anklava növbəti hücum nəticəsində ciddi zədələnib.
“Təxirəsalınmaz reabilitasiya xidmətləri ciddi maneələrlə üzləşir və kompleks sağlamlıq problemləri üçün xüsusi müalicə mümkün deyil. Bu da xəstələrin həyatını risk altında qoyur”, - deyə ÜST-ün Fələstin üzrə nümayəndəsi Riçard Piperkorn bildirib.
Bunun fonunda ÜST iyulun 23-nə Qəzzada yaralanan 22,5 min nəfərin ən azı dörddə birinin tam bərpası mümkün olmayan xəsarətlərlə üzləşdiyini xatırladıb. Belə ki, 13,4 min nəfərdən 17,5 min nəfərə qədər insan ətraflarından ağır xəsarət alıb və onlardan təxminən 3-4 min halda amputasiya tələb olunub.

DİGƏR XƏBƏRLƏR

Top