“ABŞ prezidentliyinə demokrat namizəd Kamala Harris seçkiqabağı debatda məğlub olub”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp özünün “Truth Social” sosial şəbəkə platformasında yazıb.
“O, dünən gecə debatda məğlub oldu”, - deyə respublikaçı namizəd bildirib.
Trampın sözlərinə görə, amerikalı seçicilərin üçdə biri ABŞ-nin bir sıra mühüm siyasət məsələlərində Harrisin mövqeyini belə başa düşmür.
Qeyd edək ki, daha əvvəl Amerikanın “Responsible Statecraft” jurnalı Tramp və onun rəqibi Harris arasında debatı şərh etmiş və ABŞ prezidentliyinə namizədlərdən heç birinin müasir münaqişələrin, o cümlədən Ukrayna münaqişəsinin səbəblərini başa düşmdəkilərini, həmçinin həll yolunu təsəvvür etmədiklərini yazmışdı.