ABŞ Müdafiə Nazirliyi Amerikanın “Raytheon” şirkəti ilə Ukrayna da daxil olmaqla AMRAAM (Advanced Medium Range Air-to-Air Missile) tipli orta mənzilli təyyarə raketlərinin istehsalı üçün təxminən 1,2 milyard dollarlıq müqavilə bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Sənəddən məlum olur ki, ümumi məbləği 1 milyard 195 milyon 985 min 081 ABŞ dolları olan müqavilə AMRAAM raketlərinin və müvafiq avadanlıqların sonradan Bəhreyn, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Norveç, Ukrayna, Finlandiya, İsveçrə, və Yaponiyaya təhvil verilməsini nəzərdə tutur.
Qeyd olunub ki, müqavilə üzrə işlər 31 dekabr 2028-ci il tarixinədək başa çatdırılmalıdır.