Trampın Harrislə olan debatı tamaşaçıların sayına görə Baydenlə olanı keçdi


Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp arasındakı debatı 58 milyona yaxın tamaçaçı izləyib ki, bu da iyun ayında keçirilən Co Bayden və Donald Tramp arasındakı debatdan çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nielsen” analitik şirkətinin ilkin məlumatlarına istinadla “New York Post” nəşri məlumat yayıb.
Məlumata görə, “ABC News” telekanalı çərşənbə axşamı Pensilvaniya ştatının Filadelfiya şəhərində Tramp-Harris debatına ev sahibliyi edib.
Debat NBC, CBS, MSNBC, “Fox News” və CNN də daxil olmaqla, ABŞ-nin bütün əsas televiziya xəbər kanalları tərəfindən canlı yayımlanıb.
Teledebatı ümumilikdə 57,7 milyon tamaşaçı izləyib.
İyun ayında o vaxt hələ prezidentlik yarışından geri çəkilməyən Bayden və Tramp arasındakı debatı izləyən tamaşaçıların sayı isə 51,3 milyon olub.
Bununla belə, Tramp-Harris debatı 2020-ci ilin payızında baş tutan ilk Tramp-Bayden debatının populyarlığını keçə bilməyib. Belə ki, həmin debatı 73,1 milyon tamaşaçı izləmişdi.

DİGƏR XƏBƏRLƏR

Top