Milli komandalar tarixində ən çox maaş alan məşqçi o oldu


ABŞ milli komandasına yeni təyin olunmuş baş məşqçi Maurisio Poçettino milli komandalar tarixinin ən çox maaş alan məşqçisi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalının “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Məlumata görə, məşqçi Amerika millisi ilə iki il müddətinə müqavilə bağlayıb və 6 milyon avro maaşa imza atıb.
Maurisio Poçettino sentyabrın 11-də ABŞ milli futbol komandasına baş məşqçi təyin edilib.
Qeyd edək ki, may ayında Londonun “Çelsi” klubu komandanın baş məşqçisi Maurisio Poçettino ilə əmək müqaviləsinə xitam verdiyini açıqlayıb. Baxmayaraq ki, mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədər olub.
Poçettino 2023-cü ilin mayında Frank Lempardın yerinə “Çelsi”yə rəhbərlik etməyə başlayıb.
Argentinalı daha əvvəl “Paris Saint-Germain”, “Tottenham Hotspur”, “Sauthempton” və “Espanyol” klublarına rəhbərlik edib.
Xatırladaq ki, ABŞ komandası DÇ-2026-nın finalında ev sahibi kimi iştirak edəcək. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top