
“Trump Media & Technology Group” (TMTG) səhmləri Respublikaçılar Partiyasından prezidentliyə namizədlər Donald Tramp və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris arasında çərşənbə axşamı keçirilən debatdan sonra bazar öncəsi ticarətdə 17% ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Trampa məxsus şirkətin qiymətli kağızlarının dəyərinin aşağı düşməsinin səbəbi seçicilər arasında Harrisə dəstək səviyyəsinin artması olub. Bundan əlavə, buna məşhur müğənni Teylor Sviftin noyabr seçkilərində vitse-prezident Harrisi dəstəkləmək qərarı ilə bağlı açıqlaması da kömək edib.
Danimarka investisiya bankı “Saxo”nun qlobal bazarlar üzrə strateqi Çaru Çanana hesab edir ki, Sviftin dəstəyi Harrisin daha çox qadın və gənci öz tərəfinə çəkməsinə kömək edib.
Agentlik xatırladır ki, Tramp “Truth” sosial şəbəkəsinin sahibi olan TMTG-nin ən böyük səhmdarı olaraq qalır. Şirkətin 2023-cü ildə gəlirləri 4,1 milyon dollar təşkil edib.