Zaxarova Simonyana cavab verdi


“Bizim fikrimizcə, respublikanın sərhədlərində Rusiya sərhədçilərinin olmasının məqsədəuyğunluğu barədə düşünsək, regionda tam normallaşma olmadığı halda sərhədin boş saxlanılmasının ölkənin təhlükəsizliyinə necə təsir edəcəyini nəzərə almalıyıq”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyana verdiyi bəyanatı şərh edərkən deyib.
Zaxarova xatırladıb ki, sərhədçilərin fəaliyyəti 1992-ci ildən Rusiya Federasiyasının sərhəd qoşunlarının statusu və onların Ermənistan ərazisində fəaliyyət göstərməsi haqqında ikitərəfli sazişlə tənzimlənir.
O, əlavə edib ki, sənəd qeyri-müəyyən xarakter daşıyır və Rusiya sərhədçiləri 30 ildən artıqdır ki, Ermənistan sərhədlərini qoruyur. Ermənistan sərhədinin qanunsuz keçməsinin və narkotik vasitələrin qanunsuz dövriyyəsi cəhdlərinin qarşısını alır:
“Sərhəd xidmətləri arasında genişmiqyaslı və məhsuldar əməkdaşlıq qurulub, görünür, bu, İrəvandakı bəzi siyasətçiləri əsəbləşdirir”.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bəyan edib ki, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərinin olması məsələsində düşünməli məqamlar var.

DİGƏR XƏBƏRLƏR

Top