İvanişvili “Gürcü arzusu”ndan baş nazirliyə namizəddir


Parlament seçkilərində partiya siyahısına ilk dəfə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi, fəxri sədri, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili başçılıq edəcək.
Yeniavaz.com
xəbər verir ki, partiyanın qərarını respublikanın Baş naziri, seçki qərargahının rəhbəri İrakli Kobaxidze açıqlayıb.
“Düşünürəm ki, bizim partiya siyahımızda ilk rəqəmi təxmin etmək sizin üçün çətin olmayacaq, mən böyük hörmətlə, cənab Bidzina İvanişvilinin səhnəyə çıxmasını xahiş etmək istəyirəm”, - Kobaxidze partiya siyahısındakı ilk 20 adamın təqdimatına həsr olunmuş tədbirdə deyib.
Digər tərəfdən, partiya siyahısına həmçinin, İrakli Kobaxidzenin özü, keçmiş baş nazir, “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili, mədəniyyət və idman naziri Teya Tsulukiani, habelə ağır atlet, üçqat olimpiya çempionu Laşa Talaxadze, sərbəst güləş üzrə Olimpiya çempionu Geno Petriaşvili, Gürcüstanın milli qəhrəmanı Jiuli Şartavanın nəvəsi Lika Şartava da daxildir.
Qeyd edək ki, 2012-ci ildə “Gürcü arzusu”nun seçki siyahısına indiki Tbilisi meri Kaxa Kaladze, 2016-cı ildə keçmiş baş nazir Giorgi Kvirikaşvili, 2020-ci ildə keçmiş baş nazir Giorgi Qaxariya başçılıq edib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Gürcüstan parlamentinin deputatlığına namizədlər yalnız partiya siyahıları ilə seçilir. Parlamentə daxil olan deputatların sayı partiyanın seçkilərin sonunda neçə faiz qazanmasından asılıdır. Ənənəvi olaraq, partiya siyahısında bir nömrə baş nazirliyə namizəddir.

DİGƏR XƏBƏRLƏR

Top