Argentinalı mütəxəssis Maurisio Poçettino futbol üzrə ABŞ milli komandasının baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 52 yaşlı mütəxəssisin müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.
Çempionat ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qeyd edək ki, Poçettinonun son iş yeri Londonun “Çelsi” klubu olub. O, həmçinin İspaniyanın “Espanyol”, İngiltərənin “Souzhempton” və “Tottenhem” və Fransanın PSJ klublarına rəhbərlik edib.