Eynşteynin məktubu hərracda 4 milyon dollara satıldı – Foto


Məşhur fizik Albert Eynşteynin ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltə nasist Almaniyasının nüvə silahı yaratmaq təhlükəsindən bəhs edən məktubu hərraca çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Christie's” hərrac evinin saytında məlumat verilib.
Məlumata görə, məktub 3,92 milyon dollara satılıb.
Göndərilən versiya Nyu Yorkdakı Hayd Parkdakı Ruzvelt Muzeyi və Kitabxanasında qorunur.
Hərracda satılan Eynşteynin imzası olan daha qısa versiya “Microsoft”un həmtəsisçisi Pol Allenə məxsus olub. Hərrac evi sənədi 4 milyon dollar qiymətləndirib.
Öz məktubunda ​​alim nasist Almaniyasının nüvə tədqiqatlarından son dərəcə güclü bombalar yaratmaq üçün istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, 2021-ci ildə Eynşteynin məşhur E = mc2 tənliyini ehtiva edən əlyazma məktubu hərracda 1,2 milyon dollardan çox qiymətə satılıb. Kaliforniya Texnologiya İnstitutunun və Yerusəlim İvrit Universitetinin arxivçilərinin “Einstein Papers” layihəsinin məlumatına görə, Eynşteynin öz əli ilə yazdığı tənliyin yalnız üç nüsxəsi məlumdur.

DİGƏR XƏBƏRLƏR

Top