İsrail girovların müqabilində HƏMAS liderinə Qəzzadan təhlükəsiz çıxış təklif etdi


İsrail hakimiyyəti girovların azad edilməsi müqabilində Fələstinin HƏMAS təşkilatının lideri Yəhya Sinvara və ailəsinə Qəzza zolağından təhlükəsiz şəkildə çıxmağı təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində İsrailin oğurlanmış və itkin düşmüş vətəndaşları üzrə komissarı Qal Xirş bildirib.
Rəsmi vurğulayıb ki, o, Sinvar, ailəsi, eləcə də ona qoşulmaq istəyən hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazırdır.
Xirş qeyd edib ki, İsrail girovların qaytarılmasını, Qəzza zolağının demilitarizasiyasını və deradikalizasiyasını istəyir.
İsrail komissarı bu təklifi iki gün əvvəl irəli sürüb. Ancaq o, bu təklifə verilən cavab barədə danışmayıb.

DİGƏR XƏBƏRLƏR

Top