“Bu məhsullar bağırsaq xərçənginin qarşısını alır” – Qastroenteroloq


“Süd bağırsaqları xərçəngdən qoruya bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu qastroenteroloq və dietoloq Sergey Morozov aif.ru ilə söhbətində deyib.
Həkim diqqət çəkib ki, artıq çəki bağırsaq xərçəngi riskini artırır, ona görə də sağlam və balanslı qidalanma ən vacib profilaktika üsullarından biridir:
“Eyni zamanda qida rasionuna müəyyən qidaların daxil edilməsi xüsusilə faydalıdır. Məsələn süd və fermentləşdirilmiş süd məhsulları xərçəng riskini azaldır. Ən yaxşı təsir üçün 2,5 faiz yağlı süd və kefir içmək, 5-9 faiz yağlı kəsmik seçmək məsləhət görülür”.
Həmçinin, Morozovun sözlərinə görə, xərçəng riskini tam taxıl çörəyi, tərəvəz və meyvələr azaldır:
“Onlar daha yüksək pəhriz lifi tərkibinə görə xərçəngə qarşı profilaktik təsirə malikdirlər. Bir sıra araşdırmalar balıq və dəniz məhsullarının xərçəng əleyhinə təsirini sübut edib. Bundan əlavə menyuya C, B vitaminləri və fol turşusu olan qidaların daxil edilməsi vacibdir. Bu maddələr iltihabı azaltmağa kömək edir və bununla da orqanizmi xərçəngdən qoruyur”.

DİGƏR XƏBƏRLƏR

Top